525.Az

İspaniyanın sabiq Baş naziri istintaq qarşısında 


 

İspaniyanın sabiq Baş naziri istintaq qarşısında <b style="color:red"></b>

İspaniya polisi tərəfindən keçmiş Baş nazir (2004-2011) Xose Luis Rodriges Sapateronun ofisində aparılan axtarış zamanı müsadirə edilən zərgərlik məmulatlarının ümumi dəyəri təxminən 1,3 milyon avro təşkil edir.

525.az xəbər verir ki, bu barədə "El Pais" qəzeti istintaqa yaxın mənbələrə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, bu rəqəm keçmiş Baş nazirin açıqladığı məbləğdən 25 dəfədən çoxdur.

Zinət əşyalarının ekspertizası hakim Xose Luis Kalamanın göstərişi ilə zərgərlik emalatxanası tərəfindən həyata keçirilib. Hazırda əsas məsələ bu zərgərlik əşyalarının Rodriges Sapateronun əlinə nə vaxt və necə keçdiyini və onların düzgün şəkildə bəyan edilib-edilmədiyini müəyyənləşdirməkdir.

May 19-da məhkəmə keçmiş Baş nazirin "Plus Ultra" işi üzrə istintaq altında olduğunu elan edib. Elə həmin gün polis onun ofisində axtarışlar apararaq seyfdən müxtəlif zərgərlik əşyaları tapıb.

Rodriges Sapatero 17-18 iyun tarixlərində əlaqələrdən sui-istifadə və digər cinayətlərdə şübhəli bilinərək məhkəməyə ifadə vermək üçün çağırılıb. İstintaq hökumətin pandemiya dövründə "Plus Ultra" hava yolu şirkətinə maliyyə yardımı kimi verdiyi 53 milyon avro dövlət yardımının sui-istifadəsini araşdırır. 

Pərvanə Sultanova

 





12.06.2026    çap et  çap et