Azərbaycan və ABŞ arasında maliyyə sabitliyinin təmin olunması müzakirə edilib.
525.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, qurumun sədrinin I müavini Əliyar Məmmədyarov ölkəmizdə səfərdə olan ABŞ Xəzinədarlıq Departamentinin nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə bank nəzarəti, maliyyə sabitliyinin təmin olunması, ödəniş sistemlərinin inkişafı, maliyyə sektorunda risklərin idarə edilməsi, korporativ idarəetmə və tənzimləyici çərçivənin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
AMB və Departament arasında əməkdaşlıq perspektivləri və qeyd olunan istiqamətlərdə texniki yardım layihələrinin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
çap et