525.Az

Bakı Limanında quru yük aşırılması 77 faiz artıb


 

Bakı Limanında quru yük aşırılması 77 faiz artıb<b style="color:red"></b>

2026-cı ilin ilk 5 ayı ərzində Bakı Limanında aşırılan quru yükün həcmi 950 203 ton təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 77% artım deməkdir.

525.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) verilən məlumata görə, aşırılan yüklərin əsas hissəsini Türkmənistandan gətirilərək Azərbaycan üzərindən tranzit daşınan kükürd və karbamid təşkil edib. Bununla yanaşı, Qazaxıstandan ixrac olunan mis, sink və digər əlvan metal məhsullarının daşınmasında da Bakı Limanının rolu əhəmiyyətli dərəcədə artıb.

Mövcud tendensiya və bazar iştirakçılarının yükdaşıma planları nəzərə alınaraq, növbəti aylarda da quru yük seqmentində artım dinamikasının davam edəcəyi proqnozlaşdırılır.

 





12.06.2026    çap et  çap et