Bu gün saat 15:13-də episentri Qəbələ rayonunda yerləşən 5.1 maqnitudalı zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti olmayıb.
525.az-a bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək FHN-ə məlumat daxil olmayıb.
çap et