525.Az

DÇ-2026-da ilk heç-heçə


 

DÇ-2026-da ilk heç-heçə<b style="color:red"></b>

DÇ-2026-da daha bir oyun başa çatıb. 

525.az xəbər verir ki, B qrupunda mundialın meydan sahiblərindən olan Kanada yığması Bosniya və Herseqovina ilə üz-üzə gəlib.

Görüş heç-heçə başa çatıb - 1:1. Jovo Lukiç 21-ci dəqiqədə bosniyalıları hesabda önə keçirsə də, Kayl Larin 78-ci dəqiqədə vurduğu qolla Kanadanı məğlubiyyətdən xilas edib. 

Qeyd edək ki, bu qrupunda digər oyununda İsveçrə və Qatar milliləri üz-üzə gələcək. 

 





13.06.2026    çap et  çap et