525.Az

Qızıl və gümüş bahalaşıb


 

Qızıl və gümüş bahalaşıb<b style="color:red"></b>

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb.

525.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 3,03% artaraq 4 238,8 ABŞ dollarına bərabər olub.

“COMEX”də gümüşün bir unsiyası üzrə 2026-cı ilin iyul fyuçerslərinin qiyməti də 6,21% artaraq 67,97 ABŞ dolları təşkil edib.

 





13.06.2026    çap et  çap et