525.Az

Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib


 

Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib<b style="color:red"></b>

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Kamboca Xalq Partiyası (KXP) Mərkəzi Komitəsi Daimi Komitəsinin üzvü, Kamboca Senatının sədr müavini Thun Vathana ilə görüşüb.

Bu barədə 525.az-a Milli Məcıisdən məlumat verilib.

Görüşdə coğrafi uzaqlığa baxmayaraq, Azərbaycan və Kambocanın dost ölkələr olduğu vurğulanıb, iki ölkə arasında mövcud olan müsbət siyasi dialoqun bir çox sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar yaratdığı bildirilib.

Azərbaycan və Kambocanın BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstəyindən və tərəflər arasında mövcud olan səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Söhbət zamanı iki ölkə arasında əlaqələrin dərinləşməsində parlamentlərin rolu qeyd edilib.

S.Qafarova özünün Kambocaya rəsmi səfərini və səfər zamanı bu ölkənin Baş naziri, Milli Assambleyanın və Senatın sədrləri ilə görüşlərini xatırladaraq, Milli Məclislə Kamboca Milli Assambleyası arasında imzalanmış Anlaşma Memorandumunun önəmini də vurğulayıb. Spiker beynəlxalq parlament təşkilatlarında, xüsusilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində, həmçinin ASEAN Parlament Assambleyasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

T.Vathana ölkəsinin Azərbaycanla bir çox sahələrdə, o cümlədən parlamentlər çərçivəsində əlaqələrə böyük əhəmiyyət verdiyini qeyd edib. Qonaq bu kontekstdə qarşılıqlı səfərlərin, həmçinin hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qruplarının əməkdaşlığının rolunu qeyd edib.

Görüşdə bu səfərin Yeni Azərbaycan Partiyasının Şuşada keçirəcəyi "Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu" mövzusunda beynəlxalq konfransda iştirak məqsədilə həyata keçirildiyi qeyd olunaraq, iki ölkənin siyasi partiyaları arasında da əməkdaşlığın olması müsbət qiymətləndirilib.

S.Qafarova tədbirdə iştirak edəcək qonaqların Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya səfəri zamanı orada aparılan nəhəng quruculuq işləri ilə tanış olacaqlarını da söyləyib. O, Azərbaycan torpaqlarının 30 illik işğalı və işğaldan azad edilməsi haqqında qonağa məlumat verib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

 





13.06.2026    çap et  çap et