525.Az

Levandovski MLS klubu üçün ABŞ-a yollandı


 

Levandovski MLS klubu üçün ABŞ-a yollandı<b style="color:red"></b>

"Barselona"dan ayrılacağını açıqayan hücumçu Robert Levandovski və onun meneceri Pini Zahavi MLS klubuna mümkün keçidi müzakirə etmək üçün ABŞ-a səfər ediblər.

525 .az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrizio Romano yayıb.

"Chicago Fire" 37 yaşlı polşalı hücumçunun xidmətlərində ciddi şəkildə maraqlıdır və ona 2-3 illik müqavilə təklif edib.

Həmçinin qeyd olunur ki, son seçim "Fənərbaxça"nın da transfer etmək istədiyi Polşa millisinin oyunçusundan asılıdır .

Levandovski ötən mövsüm "Blaugranas"da 46 oyun keçirib, 19 qol vurub və 2 məhsuldar ötrmə edib.

 





13.06.2026    çap et  çap et