525.Az

"Mançester Yunayted" onları hədəfə aldı


 

"Mançester Yunayted" onları hədəfə aldı<b style="color:red"></b>

"Mançester Yunayted" yay transfer dönəmində müdafiənin sol cinahını gücləndirməyi planlaşdırır. İngiltərə klubu bu mövqe üçün iki futbolçunu əsas namizəd kimi müəyyənləşdirib.

525.az xəbər verir ki, "Sky Sports"un yaydığı məlumata görə, klub hazırda "Nyukasl"ın müdafiəçisi Lüis Hollu və "Fulhem"in aparıcı oyunçularından Entoni Robinsonu yaxından izləyir.

Bildirilir ki, "Nyukasl" rəhbərliyi iki il əvvəl "Çelsi"dən 28 milyon funt sterlinqə (32,5 milyon avro) transfer etdiyi Hollu satmağa tələsmir və futbolçu üçün yüksək məbləğ tələb etməyə hazırlaşır.

Robinsonun da yay transfer bazarında diqqət mərkəzində olacağı gözlənilir. Lakin 28 yaşlı amerikalı müdafiəçinin yeni baş məşqçinin gəlişindən sonra "Fulhem"də qalıb-qalmayacağı hələki dəqiq deyil.

Hər iki futbolçu ötən mövsüm komandalarının heyətində sabit çıxışı ilə seçilib. Lüis Holl bütün turnirlərdə 47 oyuna çıxaraq 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Entoni Robinson isə 26 matçda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub.

 





13.06.2026    çap et  çap et