525.Az

Türkiyə məğlubiyyətlə başladı - DÇ-2026


 

Türkiyə məğlubiyyətlə başladı -  <b style="color:red"> DÇ-2026</b>

DÇ-2026-nın qrup mərhələsi davam edir.

Futbolxeber.az saytının məlumatına görə, mundialda daha 3 görüş keçirilib.

C qrupunda isə Braziliya Mərakeşlə üz-üzə gəlib. 90 dəqiqə ərzində qalib aşkarlanmayıb .

Günün digər matçında Haiti Şotlandiya ilə qarşılaşıb. Görüş avropalıların minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Türkiyə yığması da DÇ-2026-da ilk oyununa çıxıb. Vinçenso Montellanın komandası D qrupunda Avstraliya ilə qarşılaşıb. Görüş “ay-ulduzlular”ın məğlubiyyəti ilə başa çatıb.

DÇ-2026

14 iyun

C qrupu

Braziliya - Mərakeş  - 1:1

Qollar: İsmael Saybari, 21 (0:1),  Vinisius Junior, 32 (1:1)

Haiti - Şotlandiya - 0:1

Qol: Con Makqin, 28

D qrupu

Avstraliya - Türkiyə - 2:0

Qollar: Nestori İrankunda, 7, Konnor Metcalfe, 75

 





14.06.2026    çap et  çap et