525.Az

"Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək" - Prezident


 

"Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək" - <b style="color:red">Prezident</b>

Azərbaycan regionda davamlı sülh və sabitlik mühitinin yaradılması və qorunması istiqamətində qətiyyətli siyasət həyata keçirir.

525.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən "Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib.

O bildirib ki, ötən il Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında Birgə Bəyannamənin imzalanması, sülh sazişinin paraflanması Cənubi Qafqazda vəziyyəti tamamilə dəyişib:

"Bu xüsusda, reallaşmaqda olan Zəngəzur dəhlizi həm Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan bölgəsini birləşdirəcək, həm də Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək".

 





15.06.2026    çap et  çap et