525.Az

“Bitcoin"in qiyməti 66 min dollara yaxınlaşıb


 

“Bitcoin"in qiyməti 66 min dollara yaxınlaşıb<b style="color:red"></b>

Kriptovalyuta bazarının ümumi kapitallaşması son 24 saatda 1,75% artaraq 2,24 trilyon dollara yüksəlib.

525.az xəbər verir ki, CoinMarketCap platformasında “Bitcoin”in (BTC) qiyməti 1,95% artaraq 65 610 dollara, “Ethereum”un (ETH) qiyməti 2,25% yüksələrək 1 715,92 dollara çatıb. BNB tokeni isə 1,17% bahalaşaraq 616,21 dollardan ticarət olunub.

Qızıl əsaslı rəqəmsal aktivlərdə də yüksəliş qeydə alınıb. Belə ki, PAX Gold (PAXG) son sutkada 2,26% artaraq 4 319,93 dollara, Tether Gold (XAUt) isə 2,28% bahalaşaraq 4 308,24 dollara yüksəlib.

 





15.06.2026    çap et  çap et