525.Az

Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək


 

Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək<b style="color:red"></b>

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Nərimanov, Yasamal, Səbail, Nəsimi, Xətai və Nizami rayonlarında yol infrastrukturunu yeniləməyə hazırlaşır.

Bu barədə 525.az-a qurumdan bildirilib.

Məlumata görə, ilkin mərhələdə küçə və prospektlərin təmirə ehtiyacı olan hissələrində bərpa işləri həyata keçiriləcək.

Məqsəd paytaxtın yol infrastrukturunun yaxşılaşdırılması, nəqliyyatın hərəkətinin daha təhlükəsiz və rahat təşkil edilməsidir.

 





15.06.2026    çap et  çap et