525.Az

170 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub


 

170 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-may aylarında 170,1 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

525.az-a ƏƏSMN-dən verilən məlumata görə, onlardan 65 min şəxs münasib işlərlə təmin olunub, 322 şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

Bildirilib ki, 7,3 min şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 97,5 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.

 





15.06.2026    çap et  çap et