2025-ci ildə Azərbaycanda turizm və ictimai iaşə sektoru müsbət dinamika nümayiş etdirsə də, əvvəlcədən müəyyən edilmiş hədəflərə tam nail ola bilməyib.
525.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənədə əsasən, ötən il turizm və ictimai iaşə sektorunda real artım 8,5 % təşkil edib. Halbuki ilin əvvəlində bu sahə üzrə 15,9 %-lik artım proqnozlaşdırılıb Sonradan gözlənilən göstərici 9,9 %-ə endirilsə də, faktiki nəticə bundan da aşağı olub.
Palatanın təhlillərinə əsasən, qeyri-neft-qaz sektorunda artıma ən böyük töhfə nəqliyyat və ticarət sahələrindən gəlib.
çap et