Murad Məmmədov Kiprin "Pafos" klubu ilə müqavilə imzalayıb.
525.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı vingerin müqaviləsinin müddəti 2030-cu ilin iyununa qədər olacaq.
Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan futbolçu həmçinin Azərbaycan U-21 millisinin də üzvüdür.
çap et