İyunun 15-də Milli Kitabxanada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının tarixi əhəmiyyətini və ölkənin müstəqilliyinin möhkəmləndirilməsindəki xidmətlərini əks etdirmək məqsədilə “15 İyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə Müstəqil dövlətin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin həyat yolu, ictimai-siyasi fəaliyyəti, zəngin siyasi irsi, xalqımızın qurtuluş və xilaskarlıq missiyası, Milli Qurtuluş məfkurəsi, eləcə də ölkənin tərəqqi və inkişaf yolundan bəhs edən dövri mətbuat materialları, Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar, həmçinin fotoşəkillər nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Milli_Qurtulus_Gunu/index.html linkindən istifadə edə bilərlər.
çap et