525.Az

Milli Dram Teatrında "Xəyaldan səhnəyə" konserti baş tutub


 

Milli Dram Teatrında "Xəyaldan səhnəyə" konserti baş tutub<b style="color:red"></b>

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Sənət Musiqi və İncəsənət Mərkəzinin təşkilatçılığı ilə "Xəyaldan səhnəyə" adlı konserti keçirilib.

525.az xəbər verir ki, tədbirdə mərkəzin tələbələri musiqi, rəqs və balet nömrələri ilə çıxış edərək il ərzində əldə etdikləri bilik və bacarıqları tamaşaçılar qarşısında nümayiş etdiriblər.

Rəngarəng səhnə nömrələri uşaqların yaradıcılıq potensialını, səhnə mədəniyyətini və sənətə olan marağını əks etdirib.

Qeyd edək ki, tədris ili ərzində Sənət Musiqi və İncəsənət Mərkəzinin təşkilatçılığı ilə müxtəlif mərkəzdaxili konsertlər, yaradıcılıq sərgiləri və tamaşalar da keçirilib. Sərgilərdə uşaqlar rəsm və heykəltaraşlıq sahəsində hazırladıqları əsərləri təqdim edərək yaradıcılıq dünyalarını və bədii təxəyyüllərini nümayiş etdiriblər.

Həmçinin Sənət Musiqi və İncəsənət Mərkəzi dünyanın nüfuzlu təhsil və imtahan qurumlarından biri olan Trinity College London ilə əməkdaşlıq edir və bu əməkdaşlıq çərçivəsində kollecin Azərbaycandakı yeganə rəsmi imtahan mərkəzi kimi fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi uşaqların yaradıcılıq potensialını üzə çıxarmaq, onların estetik zövqünü formalaşdırmaq, incəsənətin müxtəlif istiqamətləri üzrə bacarıqlarını inkişaf etdirmək və özünü sərbəst ifadə edə bilən fərdlər kimi yetişmələrinə dəstək olmaqdır.

 





15.06.2026    çap et  çap et