525.Az

"Azərbaycanın idxalı orta hesabla 27 faizə yaxın bahalaşıb" -  Hesablama Palatası


 

"Azərbaycanın idxalı orta hesabla 27 faizə yaxın bahalaşıb" - <b style="color:red"> Hesablama Palatası</b>

2025-ci ildə Azərbaycana idxal edilən məhsulların qiymətləri 2024-cü illə müqayisədə orta hesabla 26,6 % çox olub.

525.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən, ölkədəki qiymət artımında əsas ticarət tərəfdaşlarındakı inflyasiya meylləri də rol oynayıb. Ötən il bu tərəfdaşlar arasında ən yüksək inflyasiya Türkiyədə müşahidə olunub - 34,1 %. Rusiyada bu göstərici 8,7 %, Çində isə 0,1 % olub.

Qurumun qənaətinə görə, idxal inflyasiyası ilə yanaşı daxili tələbin artması və bəzi tənzimlənən xidmətlərin tariflərinin yüksəldilməsi ötən il ölkədə inflyasiyanın əsas hərəkətverici amilləri olub.

 





15.06.2026    çap et  çap et