525.Az

Akif Aşırlının "Azərbaycan mətbuatı tarixi" kitabı Türkiyədə çapa hazırlanır


 

Akif Aşırlının "Azərbaycan mətbuatı tarixi" kitabı Türkiyədə çapa hazırlanır<b style="color:red"></b>

"Şərq" qəzetinin baş redaktoru, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, Əməkdar jurnalist Akif Aşırlının iki cildlik "Azərbaycan mətbuatı tarixi" kitabı Türkiyədə çapa hazırlanır.

Bu barədə məlumat verən A.Aşırlı bildirib ki, İstanbul Universiteti Türkiyyat Araşdırmaları İnstitutunun doktorantı Burcu Canbey artıq əsərin Türkiyə türkçəsinə uyğunlaşdırılmasını başa çatdırıb.

"Mavi Gök Yayınları" yaxın günlərdə kitabın geniş tirajda çapına başlayacaq. Kitab Azərbaycan ədəbiyyatı və mətbuat tarixinin tədqiqatçısı, professor Yavuz Akpınarın ön sözü ilə nəşr ediləcək. 

A.Aşırlı bildirib ki, 150 illik bir dövrü əhatə edən iki cilddən ibarət olan kitab bir neçə dəfə Azərbaycanda nəşr olunub, mətbuat tarixinin inkişaf və tənəzzül mərhələlərini əks etdirib. Ali məktəblərin jurnalistika fakültələrinin bakalavr və magistləri ücün nəzərdə tutulan və xronoloji baxımdan mətbuatın bütün ideoloji mərhələlərini əhatə edən bu kitab əlavə faktlar, sənədlər əsasında yenidən işlənilib. Türkiyədə mətbuat tariximiz barədə ilk dəfə bitkin mənbə olacaq kitabın elmi ictimaiyyət tərəfindən maraqla qarşılanaçağına ümid etdiyini bildirən A.Aşırlı qeyd edib ki , kitabın Türkiyədə təqdimatının keçirilməsi planlaşdırılır.

 





15.06.2026    çap et  çap et