525.Az

Kamran Əliyev Qarsda səfərdədir


 

Kamran Əliyev Qarsda səfərdədir<b style="color:red"></b>

Azərbaycanın Baş Prokuroru Kamran Əliyev Türkiyənin Qars şəhərində səfərdədir.

525.az xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı Baş Konsulluğu "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"15 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev və Türkiyə Respublikası Ali Məhkəməsinin Respublika Baş Prokuroru Muhsin Şentürk Qars Ədliyyəsini ziyarət ediblər", - məlumatda bildirilib.

Qeyd olunub ki, K.Əliyev və M.Şentürk Baş Konsulluqda da olublar.

 





15.06.2026    çap et  çap et