525.Az

“Əsas vəzifə inkişaf tempində dalğalanmaların qarşısını almaqdır” - Millət vəkili


 

 “Əsas vəzifə inkişaf tempində dalğalanmaların qarşısını almaqdır” - <b style="color:red">Millət vəkili</b>

“2025-ci ildə ÜDM-in artım tempi 1.4 faiz, qeyri-neft-qaz ÜDM-in artım tempi isə 2.7 faiz təşkil edib. Anoloji göstəricilər 2024-cü ildə 4.1 faiz və 6.2 faiz olmuşdu. İqtisadi siyasətdə yüksək artım tempi heç də hər zaman inkişaf göstəricisi sayılmır. Eyni zamanda, aşağı artım tempi də hər zaman zəif inkişaf demək deyildir. ÜDM-in aşağı artım tempi ilə də daha keyfiyyətli inkişafa nail olmaq mümkündür, burda əsas əsələ artımın sürəti deyil, onun mənbəyi və keyfiyyətidir”.

Bunu 525.az-a millət vəkili Tahir Mirkişili söyləyib. Millət vəkili bildirib ki, əgər iqtisadiyyat ildə 1 faiz artır, amma məhsuldarlıq yüksəlir, texnologiya tətbiq olunur, ixrac şaxələnir, gəlirlər artırsa – bu sağlam inkişaf sayılır və bəzi qonşu ölkələrdə olduğu kimi kredit köpüyü və ya re-eksport hesabanı əldə edilən illik 6-7 faiz iqtisadi artımdan daha yaxşı sayılır:

“Əsas vəzifə - inkişaf tempində dalğalanmaların (bir il yüksək, digər il aşağı) qarşısını almaqdır. Çünki artım tempindəki dalğalanmalar investisiyalara, məşğulluğa, dövlət büdcəsinə mənfi təsir edə bilər”.

Sevinc Qarayeva
 

 





16.06.2026    çap et  çap et