525.Az

"Nəqliyyat sektorunda rəqəmsallaşma prosesi artıq başlayıb" - Mütəxəssis


 

"Nəqliyyat sektorunda rəqəmsallaşma prosesi artıq başlayıb" - <b style="color:red">Mütəxəssis</b>

“Qarşıdakı bir-iki il ərzində bu sahədə daha ciddi yeniliklər və dəqiqləşmələr olacaq. Bunun üçün həm cəmiyyət, həm də daşıyıcı şirkətlər yeni reallıqlara uyğunlaşmalıdır”.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bu fikri 525.az-a bildirib. Ekspert qeyd edib ki, dövlətə məxsus daşıyıcı şirkətlər rəqəmsallaşma prosesinə daha sürətlə adaptasiya ola biliblər. Lakin bəzi özəl daşıyıcılar hələ də müəyyən texniki və təşkilati prosedurları tam tətbiq etməyiblər.

Bu səbəbdən keçid prosesinin tamamlanması müəyyən vaxt tələb edəcək:

“Amma təkcə ictimai nəqliyyatda yox, ümumilikdə nəqliyyat sektorunda rəqəmsallaşma prosesi artıq başlayıb və mərhələli şəkildə genişlənməkdədir”.

Sevinc Qarayeva
 

 





16.06.2026    çap et  çap et