525.Az

"Problem tendensiyadadır" - İqtisadçı


 

"Problem tendensiyadadır" - <b style="color:red">İqtisadçı </b>

“Faizlər həddindən artıq yüksəkdir, insanlar da bəzən məsuliyyət hiss etmədən bir neçə bankdan eyni anda kredit götürərək problemlərini həll etməyə çalışırlar. Düzdür, bu, vətəndaşların da günahı deyil. Gəlirlərin azalması vətəndaşları məcbur edir ki, istehlak kreditlərinə müraciət etsinlər”.

İqtisadçı ekspert Natiq Cəfərli bunu 525.az-a deyib. Ekspertin sözləriə görə, dünya praktikasında belədir ki, problemli kreditlərin həcmi kredit portfelinə nisbətən 3 faizdən yuxarı olanda bu, ciddi problem hesab edilir:

“Hələlik Azərbaycanda 1,7 faiz civarındadır, yəni təhlükəli xəttdən xeyli aşağıdır. Problem tendensiyadadır. Tendensiya belədir ki, hər ay problemli kreditlərin həcmində az da olsa artım müşahidə olunur. Azərbaycanda kredit portfelinin böyük hissəsi istehlak kreditlərinə yönəlib. İstehsal, kənd təsərrüfatı və biznes sahələrinə kredit verilməsində nə banklar kifayət qədər maraqlıdır, nə də mövcud iqtisadi vəziyyət buna stimul yaradır. Bu isə iqtisadiyyatın zəifləməsinə və durğunluq dövrünə daxil olmasına səbəb olur”.

Sevinc Qarayeva

 





16.06.2026    çap et  çap et