525.Az

Ekvadorda dəhşətli avtoqəza, 12 nəfər həlak oldu


 

Ekvadorda dəhşətli avtoqəza, 12 nəfər həlak oldu<b style="color:red"></b>

Ölkənin cənub-qərbində Santa-Yelena əyalətində dəhşətli avtomobil qəzası baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 12 nəfər hadisə yerində həlak olub.

Sapotal şəhəri yaxınlığında yaşanan qəzanın iştirakçıları olan  yolsuzluq və yük avtomobilləri "kəllə-kəlləyə" gəliblər. Toqquşmadan sonra hər iki nəqliyyat vasitəsində yanğın başlayıb.  Qəzanın hansı səbəbdən yaşandığı aydınlaşdırılır.

Yeri gəlmişkən, faciə zamanı cəmi 1 nəfərin həyatını xilas etmək mümkün olub. Həmin sərnişin ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Ekvadorda bu tip qəzalar tez-tez olur. Sürət həddinin aşılması və sürücülərin idarəetmədə buraxdığı səhvlər ağır qəzalarla sonuclanır.

L.Tağıyeva

 





16.06.2026    çap et  çap et