525.Az

Tunis millisinin baş məşqçisi istefaya göndərilə bilər 


 

Tunis millisinin baş məşqçisi istefaya göndərilə bilər <b style="color:red"></b>

Tunis millisinin baş məşqçisi Sabri Lamuşi mundialda İsveçə 1:5 hesablı məğlubiyyətdən sonra istefaya göndərilə bilər.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Tunis Futbol Federasiyasında bu məsələ müzakirə mövzusudur.

Məsələ burasındadır ki, istefa söhbəti həm də başqa məqamla bağlıdır. Belə ki, Lamuşinin məşqçilər korpusunda yer alan oğlu oyundan sonra azarkeşlərlə dalaşıb. Bu isə həm tərəfdarlarda, həm də federasiyada qəzəbə səbəb olub. Ümumiyyətlə, kiçik Lamuşinin millinin korpusunda necə yer alması da, nə işlə məşğul olması da suallar yaradır.

Qeyd edək ki, baş məşqçi istefaya göndərilərsə, böyük ehtimalla onu hazırda düşərgədə olan texniki departamentin direktoru Monder Kobayer əvəzləyəcək.

L.Tağıyeva

 





16.06.2026    çap et  çap et