525.Az

ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 


 

ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı <b style="color:red"></b>

Kaliforniyada ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "B-52 Stratofortress" strateji bombardmançı təyyarə qəzaya uğrayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Edvards" aviabazası məlumat yayıb.

Məlumatda təyyarənin dünən yerli vaxtla 11.20-də  (Bakı vaxtı ilə 22.20) aviabaza ərazisindən havaya qalxdıqdan az sonra düşdüyü bildirilir. Yerli mətbuatın yaydığı xəbərlərə görə, təyyarə tamamilə yanıb. Qəzanın səbəbləri bilinmir. Ekipaj üzvləri barədə də hələlik məlumat yoxdur.

Qeyd edək ki, "B-52 Stratofortress" təyyarəsi 1955-ci ildən silahlanmaya qəbul edilib. Geridə qalan müddətdə təyyarə bir neçə dəfə modernləşdirilib.

L.Tağıyeva

 





16.06.2026    çap et  çap et