525.Az

Son beş ayda pensiya ödənişlərinə 3 milyard manatdan çox vəsait ayrılıb


 

Son beş ayda pensiya ödənişlərinə 3 milyard manatdan çox vəsait ayrılıb<b style="color:red"></b>

Bu ilin 5 ayında (yanvar-may) pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 % (308 milyon manat) çox olmaqla 3 milyard 262 milyon manat vəsait yönəldilib.

525.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ilin əvvəlindən pensiyalar 9,3 % indeksləşdirilərək artırılıb. 1 iyun 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 % artaraq 594 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 632 manata çatıb.

Yanvar-may aylarında 19 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 197 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

 





16.06.2026    çap et  çap et