Tunis millisinin yeni baş məşqçisi müəyyənləşib.
525.az xəbər verir ki, Tunis Futbol Federasiyası bu vəzifəyə fransalı mütəxəssis Erve Renarın təyin olunduğunu açıqlayıb.
57 yaşlı məşqçi ilə DÇ-2026-nın sonuna qədər müqavilə imzalanıb. Federasiyanın yaydığı açıqlamada bildirilib ki, mundialdan sonra əməkdaşlığın davam etdirilməsi ilə bağlı danışıqlar aparılacaq.
Renar daha əvvəl Səudiyyə Ərəbistanı, Mərakeş, Kot-d’İvuar, Zambiya və Anqola millilərini çalışdırıb. Klub karyerasında isə “Lill”, “Soşo” və Əlcəzairin USM Əlcəzair komandalarında işləyib.
Qeyd edək ki, Tunis millisinin əvvəlki baş məşqçisi Sabri Lamuşi iyunun 15-də vəzifəsindən uzaqlaşdırılmışdı. Buna səbəb komandanın DÇ-2026-nın ilk turunda İsveçə 1:5 hesabı ilə məğlub olması olub.
çap et