525.Az

Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb


 

Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb<b style="color:red"></b>

Pakistanda Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.

525.az xəbər verir ki, bu barədə Pakistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Açıqlamada Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin Hayber Paxtunxva əyalətinin Mardan bölgəsində qəzaya uğraması nəticəsində iki pilotun həyatını itirdiyi bildirilib.

Qeyd olunub ki, Pakistanın daxili işlər naziri Möhsün Naqvi qəzadan dərin hüznlə kədərləndiyini bildirib və həyatını itirənlərin ailələrinə başsağlığı verib.

İbrahim Cəfərov

 





16.06.2026    çap et  çap et