525.Az

Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını 2 faiz azaldıb


 

Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını 2 faiz azaldıb<b style="color:red"></b>

Bu ilin yanvar-may aylarında Azərbaycan Rusiyaya 433,7 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.

525.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 % azdır.

Hesabat dövründə qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində 1 il əvvələ nisbətən 21,8 % artaraq 306,2 milyon ABŞ dolları, Gürcüstan istiqamətində 83,1 % artaraq 229,7 milyon ABŞ dolları, İsveçrə istiqamətində isə 39,7 % artaraq 178,75 milyon ABŞ dolları olub.

Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl daxil olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 3,65 dəfə artaraq 5,1 milyard ABŞ dolları təşkil edib.

 





16.06.2026    çap et  çap et