525.Az

Azərbaycan neft koksunun ixracından qazancını 81 faizdən çox artırıb


 

Azərbaycan neft koksunun ixracından qazancını 81 faizdən çox artırıb<b style="color:red"></b>

Bu ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 96 min 872,19 ton neft koksu ixrac edib.

525.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft koksunun dəyəri 38 milyon 738,89 min ABŞ dolları təşkil edib.

Bu, 2025-ci ilin ilk 5 ayı ilə müqayisədə müvafiq olaraq 44,4 % və 81,5 % çoxdur.

Ötən 5 ay ərzində neft koksunun ölkənin ümumi ixracında payı 0,28 % olub.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 13 milyard 970 milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 31,6 % azalıb.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, "Azərikimya" İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

 





16.06.2026    çap et  çap et