Bu ilin I rübündə Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti 79,5 ABŞ dolları təşkil edib.
525.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,15 % çoxdur.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
çap et