525.Az

“İran heç vaxt nüvə silahına malik olmayacaq” - Tramp


 

“İran heç vaxt nüvə silahına malik olmayacaq” - <b style="color:red"> Tramp</b>

“ABŞ ilə İran arasında əldə olunmuş razılaşma ikinci mərhələyə keçib və bu, əvvəlkindən daha asan olacaq”.

525.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trump bildirib.

“İranla razılaşma əldə olunub və onun uğurlu olacağına inanırıq. İndi o, ikinci mərhələyə keçir və düşünürəm ki, bu mərhələ əslində daha asan olacaq. Keçən həftə onlara (İrana) hücum etmək istəmirdim, lakin başqa seçimimiz yox idi”, –Tramp deyib.

Onun sözlərinə görə, razılaşma çərçivəsində İrana nüvə silahına sahib olmaq qadağan ediləcək. Əks təqdirdə, Tehran misli görünməmiş ağır nəticələrlə üzləşəcək.

“İran heç vaxt nüvə silahına malik olmayacaq. Onlar nüvə silahı istehsal etməyəcək, almayacaq, onunla bağlı hər hansı fəaliyyətləri olmayacaq. Əgər bunu etsələr, inanılmaz nəticələrlə üzləşəcəklər. Məhz buna görə də mən sazişi  imzalamağa razı oldum", - Amerika lideri Fransada keçirilən G7 sammiti çərçivəsində jurnalistlərə bildirib. 

Pərvanə Sultanova

 





16.06.2026    çap et  çap et