525.Az

Qəbələdə yanğın olub, xəsarət alan var


 

Qəbələdə yanğın olub, xəsarət alan var<b style="color:red"></b>

Qəbələ rayonunun Mirzəbəyli kəndində yanğın olub.

525.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

 





16.06.2026    çap et  çap et