525.Az

"Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı


 

"Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı<b style="color:red"></b>

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlanıb.

525.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəyə Cavid Hüseynov təyin edilib. Mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, C. Hüseynov məşqçi kimi “Şamaxı” klubunda fəaliyyətə başlayıb. “Cəbrayıl”, “Turan Tovuz” klublarında da çalışan 38 yaşlı mütəxəssis bir müddət “Səbail”in də baş məşqçisi olub.

 





16.06.2026    çap et  çap et