525.Az

Tramp ABŞ-ın İrana investisiya yatırmaqla bağlı xəbərləri gülünc adlandırıb


 

Tramp ABŞ-ın İrana investisiya yatırmaqla bağlı xəbərləri<b style="color:red"> gülünc adlandırıb</b>

“ABŞ-ın İrana investisiya yatırmaqla bağlı hər hansı öhdəliyi yoxdur”. 

525.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Qətər əmiri Təmim bin Həməd Əl-Tani ilə görüşdə deyib.

O, yayılan məlumatların şayə olduğunu deyərək, onları gülünc adlandırıb.

“Tehrana maliyyə investisiyası qoymaq öhdəliyi yoxdur”,  - Tramp söyləyib.

Bununla yanaşı, zərurət yaranacağı təqdirdə gələcəkdə İranla bağlı əlavə addımların atılmasının mümkünlüyünü də istisna etməyib.

Pərvanə Sultanova

 





16.06.2026    çap et  çap et