"Pakistan ABŞ və İran arasında danışıqlarda əsas vasitəçi rolunu oynamağa davam edəcək, Qətərin təşəbbüsü ələ almaq planı yoxdur”.
525.az xəbər verir ki, bunu Qətər Baş nazirinin müşaviri, XİN-in rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
“Biz Pakistanın rəhbərlik etdiyi vasitəçiliyi dəstəkləyirik. Pakistan bizi bu nöqtəyə gətirməkdə mühüm rol oynayıb və ABŞ ilə İran arasında baş vasitəçi rolunu oynamağa davam edəcək", - diplomat söyləyib.
Əlavə edib ki, Doha regional təhlükəsizliklə bağlı məsuliyyətinə ciddi yanaşır və İslamabadı dəstəkləməyə davam edəcək.
Onun sözlərinə görə, son böhran Yaxın Şərq ölkələrinin münaqişələrin həllində qüvvələrini birləşdirərək problemləri müstəqil şəkildə tənzimləmək qabiliyyətini nümayiş etdirib.
Pərvanə Sultanova
çap et