525.Az

Prezident İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb


 

Prezident İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb<b style="color:red"></b>

Prezident İlham Əliyev Niderlandın Baş naziri Rob Jetten ilə telefon danışığı aparıb.

525.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sosial media hesablarında paylaşım edilib.

Bildirilib ki, telefon danışığı zamanı tərəflər siyasi dialoqun və iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi barədə razılığa gəliblər.

Həmçinin regional proseslər ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev Niderlandın regionda davamlı sülh və sabitliyə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini vurğulayıb.

 





16.06.2026    çap et  çap et