525.Az

"Qarabağ"ın rəqibi bəlli oldu


 

"Qarabağ"ın rəqibi bəlli oldu<b style="color:red"></b>

Bu gün "Qarabağ"ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi məlum olub.

525.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçirilir. Tədbir Bakı vaxtı ilə saat 19:00-da başlayıb. "Qarabağ" daha yüksək reytinqə malik komandaların düşdüyü səpələnmişlər səbətində yer alıb.

Püşkün nəticəsinə əsasən, “Qarabağ”ın rəqibi “Vestri” (İslandiya) olub. Ağdam təmsilçisi ilk oyunu evdə keçirəcək.

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.

 





16.06.2026    çap et  çap et