525.Az

"Kriptovalyuta bazarı tədricən qlobal maliyyə sisteminin mühüm elementlərindən birinə çevrilir" - Ekspert


 

"Kriptovalyuta bazarı tədricən qlobal maliyyə sisteminin mühüm elementlərindən birinə çevrilir" - <b style="color:red">Ekspert</b>

“Əvvəllər qısa müddətdə yüksək qazanc əldə etmək məqsədi üstünlük təşkil edirdisə, indi daha çox praktiki tətbiq sahəsi olan layihələrə, blokçeyn infrastrukturlarına və süni intellekt texnologiyaları ilə əlaqəli platformalara üstünlük verilir. Riskli və spekulyativ aktivlərə maraq qalsa da, bazar iştirakçıları daha ehtiyatlı davranmağa başlayıblar. Eyni zamanda, dünyanın müxtəlif regionlarında kriptovalyutaların tənzimlənməsi istiqamətində addımlar sürətlənir. ABŞ, Avropa və Asiya ölkələri bu sahədə daha aydın hüquqi çərçivələr formalaşdırmağa çalışırlar. Bu proses bazarın şəffaflığını artırsa da, bəzi istifadəçilər tərəfindən mərkəzləşməyə doğru addım kimi qiymətləndirilir”.

İqtisadçı ekspert Akif Nəsirli bunu 525.az-a söyləyib. İqtisadçı vurğulayıb ki, stablecoinlər və rəqəmsal ödəniş həlləri də diqqət mərkəzindədir. Maliyyə qurumları və şirkətlər blokçeyn texnologiyasının imkanlarından istifadə edərək əməliyyatların daha sürətli, təhlükəsiz və aşağı xərcli həyata keçirilməsinə çalışırlar:

“Kriptovalyuta bazarı tədricən qlobal maliyyə sisteminin mühüm elementlərindən birinə çevrilir. Bununla belə, qiymət dəyişkənliyi, geosiyasi hadisələr və tənzimləyici qərarlar bazarın inkişafına təsir göstərən əsas amillər olaraq qalır”.

Sevinc Qarayeva
 

 





17.06.2026    çap et  çap et