Ötən həftə Filippində baş verən 7.8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 68-ə çatıb.
525.az xəbər verir ki, “GMA News” keçən həftə Mindanao bölgəsində baş verən zəlzələnin vurduğu itkilər barədə məlumat yayıb.
Zəlzələ nəticəsində 68 nəfərin həyatını itirdiyi, 1339 nəfərin yaralandığı, 33 nəfərin isə hələ də itkin düşdüyü açıqlanıb.
Qeyd olunub ki, zəlzələdən ümumilikdə 1,3 milyon insan zərər çəkib, bölgədə 12 mindən çox ev tamamilə dağılıb, 55 mindən çox ev zərər görüb.
İbrahim Cəfərov
çap et