525.Az

"Təkliflərin sayı olduqca azalıb, tikinti şirkətləri arasında rəqabət zəifləyib" - Rəy


 

"Təkliflərin sayı olduqca azalıb, tikinti şirkətləri arasında rəqabət zəifləyib" - <b style="color:red">Rəy</b>

“Bakıda mənzillərin qiymətində ciddi artım var. Hazırda Bakıda mənzil qiymətləri inkişaf etməkdə olan ölkələr səviyyəsinə yaxınlaşıb. 2026-cı ilin I rübündə mənzil bazarında qiymət indeksi 2025-ci ilin I rübünə nəzərən 8.1 faiz artıb. 2016-cı ildə 86 saylı qərar təsdiq olunub və həmin ildən pilot layihələrin icrasına başlanıldı. O dövrlə bu günü müqayisə etsək, bazarda tikinti şirkətlərinin fəaliyyətinin təxminən 8-10 dəfə azaldığını görərik. Bu isə Tikinti və Şəhərsalma üzrə məsul dövlət qurumları tərəfindən tikinti şirkətlərinə verilən icazələrin məhdudlaşdırılması ilə bağlıdır”.

Əmlak məsələləri üzrə eksperti Elnur Azadov bunu 525.az-a bildirib. Ekspert qiymətlərin bu qədər artmasının bazarda çox ciddi problem yaratdığını qeyd edib:

“Təkliflərin sayı olduqca azalıb, tikinti şirkətləri arasında rəqabət zəifləyib. Digər tərəfdən, dövlət tərəfindən söküntü işləri aparılır ki, bu da öz növbəsində daşınmaz əmlak bazarında qıtlıq yaradır. Üstəlik, ölkədə inflyasiya və urbanizasiya səviyyəsi yüksəkdir. Kənd və rayon əhalisinin böyük şəhərlərə kütləvi axını sürətlə davam edir. Bütün bu amillər ona gətirib çıxarır ki, daşınmaz əmlakın qiymətləri normadan artıq səviyyədədir və bahalaşma prosesi davam edir. Orta hesabla son beş il yarım ərzində Bakı şəhərində daşınmaz əmlakın qiymətləri təxminən 75 faizə qədər artıb”.

Sevinc Qarayeva
 

 





17.06.2026    çap et  çap et