525.Az

"Bu faktorlar dəyişdikcə qızılın dünya bazarındakı qiyməti də dəyişir" - Mütəxəssis fikri


 

"Bu faktorlar dəyişdikcə qızılın dünya bazarındakı qiyməti də dəyişir" - <b style="color:red">Mütəxəssis fikri</b>

“Qızılın qiyməti ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasəti, qlobal inflyasiya, beynəlxalq qeyri-müəyyənliklər, geosiyasi gərginliklər və investorların davranışları kimi amillərdən asılıdır. Bu faktorlar dəyişdikcə qızılın dünya bazarındakı qiyməti də dəyişir".

Bu fikri 525.az-a iqtisadçı ekspert Xalid Kərimli deyib. İqtisadçı qeyd edib ki, dünya bazarında qızıl ilin əvvəlindən indiyədək ümumilikdə təxminən 4 faiz bahalaşıb:

"Bununla belə, yanvarın sonundakı pik göstəricilərlə müqayisədə hazırkı qiymətlərdə təxminən 10 faizlik geriləmə müşahidə olunur. İlin əvvəlində qızılın qiymətində kəskin artım olmuşdu. Daha sonra, xüsusilə fevral-aprel aylarında müəyyən ucuzlaşma baş verdi. Buna baxmayaraq, qızıl yenə də ilin əvvəli ilə müqayisədə təxminən 4 faiz bahadır".

İqtisadçının fikrincə, qiymətlərin geriləməsinin əsas səbəbi əvvəllər müşahidə olunan kəskin bahalaşma dalğasının zəifləməsi ilə bağlıdır.

Sevinc Qarayeva 
 

 





17.06.2026    çap et  çap et