525.Az

Ötən sutka Bakıda 4 əməliyyat olub, 1 nəfər xilas edilib


 

Ötən sutka Bakıda 4 əməliyyat olub, 1 nəfər xilas edilib<b style="color:red"></b>

Ötən sutka ərzində Bakıda bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında 1 nəfər xilas edilib.

Bu barədə 525.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 əməliyyat keçirilib.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfər xilas edilib, 1 nəfərə müvafiq köməklik göstərilib, 2 nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.

 

 

 





17.06.2026    çap et  çap et