525.Az

Qanunsuz saxlanılan silahlar aşkarlanıb


 

Qanunsuz saxlanılan silahlar aşkarlanıb  <b style="color:red"></b>

İyunun 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 2 pulemyot, 1 tapança, 7 tüfəng, 7 patron darağı və 213 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bu barədə 525.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

 





17.06.2026    çap et  çap et