525.Az

"Sabah"ın potensial rəqibi müəyyənləşdi - Çempionlar Liqası


 

"Sabah"ın potensial rəqibi müəyyənləşdi - <b style="color:red"> Çempionlar Liqası</b>

Bu gün "Sabah"ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

525.az xəbər verir ki, bu mərhələnin püşkü İsveçrənin Nyon şəhərində atılıb.

Səpələnməmişlər səbətində yer alan "Sabah" 1-ci mərhələdə TNS-si (Uels) keçərsə, 2-ci mərhələdə "Vardar" (Şimali Makedoniya) - "Kups" (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. "Sabah" ilk oyunu evdə keçirəcək.

Qeyd edək ki, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları 21/22 iyulda, cavab matçları 28/29 iyulda keçiriləcək.

 





17.06.2026    çap et  çap et