"Məlum olduğu kimi, UNEC-də ilk dəfə ingilis dili imtahanı üzrə yekun imtahan APTİS formasında və British Council (BC) tərəfindən keçirilib. İngilis dili üzrə 10,11,12 iyunda British Council-a verilmiş APTİS imtahanın nəticələri də açıqlandı. Bütövlükdə, 9-12 iyunda 2523 tələbə imtahan vermiş və onlardan 2414 və yaxud 95,7 faiz tələbə uğur qazanıb. 109 və yaxud 4,3 faiz tələbə qeyri müvəffəq qiymət alıb”.
Bu fikirləri 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov bildirib. Rektor qeyd edib ki, bu, dörd bacarıq üzrə ən yüksək nəticə - 95,2 faiz - məhz danışıq bacarığı üzrə olmuşdur. Ümumilikdə, 411 tələbə (17,03%) ən yüksək nəticə - C, 1102 nəfər (45,65%) B2, 901 nəfər (37,32%) B1 nəticə əldə edib:
“Xarici dil bilikləri əmək bazarında işəgötürənlərin ən çox diqqət yetirdiyi tələblərdən biridir. Hesab edirik ki, Azərbaycan Dövlət İqtisad Universitetinin məzun profilinin əsas üstünlüklərindən biri də məzunların xarici dil səviyyəsinin orta göstəricidən yüksək olmasıdır".
Sevinc Qarayeva
çap et