525.Az

Xaçmaz Dəmiryol Vağzalının binası əsaslı təmir edilir


 

Xaçmaz Dəmiryol Vağzalının binası əsaslı təmir edilir<b style="color:red"></b>

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 124 yaşlı Xaçmaz Dəmiryol Vağzalının binasını əsaslı təmir edir.

Bu barədə 525.az-a ADY-dən məlumat verilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunan binanın orijinal görünüşü saxlanılmaqla kompleks yenidənqurma aparılır.

Qeyd edək ki, Xaçmaz Dəmiryol Vağzalı Bakı-Yalama dəmir yolu xətti üzərində ən mühüm məntəqələrdən biridir.

 





17.06.2026    çap et  çap et