“Güclü Ermənistan” bloku, “Ermənistan” bloku və Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyasının qeydiyyatı seçicilərə rüşvət verilməsi səbəbindən seçki prosesinin lap əvvəlində ləğv edilməli idi".
525.az xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının sədr müavini Ruben Rubinyan deyib.
O bildirib ki, iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinin ləğv edilməsi üçün “Vətəndaş Müqaviləsi” partiyası Konstitusiya Məhkəməsinə müraciət etməyəcək.
“Xeyr, ləğv edilməyəcək. Çünki parlament çoxluğu legitimdir, bizim əldə etdiyimiz səslər legitimdir və biz hökuməti formalaşdıracağıq”, – o vurğulayıb.
Pərvanə Sultanova
çap et